Qadın futbolçulardan ibarət “Neftçi” komandasının Çempionlar Liqasındakı ilk oyununun yeri və başlama vaxtı müəyyənləşib.

Futbolinfo.az saytı xəbər verir ki, mübarizəyə I mərhələdən başlayacaq son çempion Avstriya təmsilçisi “Sent Polten”lə sentyabrın 4-də üz-üz gələcək.

Gürcüstanın Tsxaltubo şəhərində yerləşən Mərkəzi Stadionda keçiriləcək görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. Bununla qadın futbolçularımız Azərbaycan tarixində ilk dəfə Çempionlar Liqasında çıxış edəcəklər.

Bu yarımfinal cütünün qalibi sentyabrın 7-də qrupun digər cütünün “Vlajniya” (Albaniya) – “Lançxuti” (Gürcüstan) cütünün qalibi ilə qarşılaşacaq. Qrupun bütün görüşləri Gürcüstanda təşkil olunacaq.

Shares: