“Öz keyfiyyətimizə inanırıq və biirik ki, rəqib komandanı keçə biləcəyik”.  Bu sözləri “Qarabağ” – “Ludoqorets” oyunundan sonra jurnalistlərə açıqlamasında Ağdam təmsilçisinin futbolçusu Abdulla Zubir deyib.

O, qarşıdakı 1 həftə ərzində əllərindən gələni edəcəklərini də bildirib: “Çox səbrli oyun oldu. Bunu gözləyirdik və hazırlaşırdıq. Qarşıdakı 1 həftədə daha da yaxşı məşq edəcəyik. Hakimin qərarlarını şərh etməyi sevmirəm. Bunu belə qəbul etməliyik. Ümid edirəm ki, gələn həftə bəxtimiz gətirər, yaratdığımız şanslardan daha çox istifadə edərik və səfərdən yaxşı nəticə ilə qayıdarıq”.

Zubir lazım olarsa, əlavə vaxta və penaltilər seriyasına da hazır olacaqlarını söyləyib: “İlk hədəfimiz oyunu 90 dəqiqədə həll etməkdir. Sözsüz ki, lazım olarsa, əlavə vaxta və penaltilərə də hazır olacağıq. Öz keyfiyyətimizə inanırıq və biirik ki, rəqib komandanı keçə biləcəyik”.

GÜNAY SÜLEYMANOVA

Shares: