Azərbaycanın yunan-Roma güləşçisi Sabah Şəriəti karyerasını başa vurub. Bu barədə “Report”a Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

35 yaşlı pəhləvan Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarından sonra güləşlə vidalaşıb. O, Paris-2024-ü beşinci yeri tutaraq medalsız qalıb.

Qeyd edək ki, Sabah Şəriəti 2016-cı ildə Rio-de-Janeyrodakı Olimpiadada bürünc mükafat əldə edib. Təcrübəli idmançı 2023-cü ildə Xorvatiyanın paytaxtı Zaqrebdəki Avropa çempionatında gümüş medal qazanmışdı.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp