“Milan”ın baş direktoru Giorgio Furlani portuqaliyalı vinger Rafael Leaonun satılmayacağını bildirib. O, çoxsaylı təkliflərə rəğmən, yarımmüdafiəçinin heyətdə saxlayacaqlarını bildirib.
Futbolinfo.az xəbər verir ki, Leao üçün bir neçə klub mübarizə aparır. Son günlər “Barselona” da bu siyahıya düşüb. Amma italiyalılar heç bir halda Rafaeli ən azı bu yay satmayacaq.
Leao ötən mövsüm “Milan”ın heyətində bütün turnirlərdə 47 oyun keçirib, 15 qol vurub və 14 qolun ötürməsini verib. Onun müqaviləsində 175 milyon avro ödəniləcəyi halda sərbəst qalacağı haqda xüsusi bənd var. “Barselona” isə onun üçün 100 milyon avro təklif etmək niyyətindədir.