MotoGP pilotları gələn mövsüm Brnodakı avtodroma qayıdacaqlar.
Çempionat rəhbərliyi 2025-2029-cu illərdə Çexiya qran-prisinin keçirilməsi üçün müqavilənin imzalandığını elan edib.
Yarış 1965-ci ildən MotoGP / 500cc çərçivəsində keçirilirdi. 1991-ci ilə qədər Çexoslovakiya qran-prisi adlanırdı. Mərhələ sonuncu dəfə 2020-ci ildə baş tutub.