“Fənərbaxça” heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İstanbul təmsilçisi “Fiorentina”nın yarımmüdafiəçisi Sofyan Amrabatı transfer edib. Super Liqa klubu 28 yaşlı mərakeşlini 2024/25 mövsümünün sonuna qədər icarəyə götürüb. Sözləşməyə birdəfəlik transfer bəndi də daxildir.
Amrabat ötən mövsüm icarədə olduğu “Mançester Yunayted”də 30 oyun keçirib.