“US Open”də kişilərin turnirində 4 oyun baş tutub. ABŞ-li Frensis Tiafo karyerasında ikinci dəfə ¼ finala çıxıb.

Başa çatan oyunların nəticələri belədir:

Andrey Rublyov (Rusiya) – Qriqor Dimitrov (Bolqarıstan) – 3:6, 6:7 (3:7), 6:1, 6:3, 3:6.

Kasper Ruud (Norveç) – Teylor Fritz (ABŞ) – 6:3, 4:6, 3:6, 2:6.

Brendon Nakaşima (ABŞ) – Aleksandr Zverev (Almaniya) – 6:3, 1:6, 2:6, 2:6.

Frensis Tiafo (ABŞ) – Aleksey Popırin (Avstraliya) – 4:6, 6:7 (3:7), 6:2, 3:6.

¼ finalda Frits Zverevlə, Tiafo isə Dimitrovla qarşılaşacaq. 1/8 finalın digər oyunları bu gecə keçiriləcək.

Qadınların mübarizəsində Arina Sobolenkonun yürüşü davam edir. Belaruslu tennisçi belçikalı Elis Mertensə qalib gəlib – 6:2, 6:4. Uzun zədələrdən sonra ispan tennisçi Paola Badosa da ¼ finaldadır. Favortilərdən sayılan Kori Qauf isə Navarroya məğlub olaraq mübarizəni dayandırıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp