Ukrayna Basketbol Federasiyası təlim-məşq toplanışından ölkəyə qayıtmayan oyunçu Artyom Pokoenko və məşqçi Artyom Slipençuku ömürlük idmandan uzaqlaşdırıb. Bu barədə federasiyanın mətbuat xidməti rəsmi saytında məlumat yayıb.

“Ölkəyə qayıtması ilə bağlı hər hansı təsdiqin olmamasını və Ukrayna milli komandalarının rəsmi nümayəndə heyətlərinin üzvləri tərəfindən bu cür hərəkətlərin yolverilməzliyini nəzərə alaraq, FBU-nun icraiyyə komitəsi baş məşqçi Artyom Slipençukun Ukrayna millisindən qovulması məsələsinə baxıb. Mütəxəssisə ömürlük ölkədə hər hansı bir basketbol fəaliyyəti qadağan edilib. Həmçinin, FBU-nun İcraiyyə Komitəsi oyunçu Artyom Pokoenkonu ömürlük diskvalifikasiya edib, qərar yekdilliklə qəbul edilib”, – deyə FBU-nun açıqlamasında bildirilir.

Xatırladaq ki, Ukrayna millisi hazırda FİBA dünya reytinqində 36-cı yerdədir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp