“Milluoki Baks”ın lideri Yannis Antetokunmbo sevgilisi Maria Riddlsprigger ilə rəsmi olaraq evlənib. Bu barədə “Eurohoops” məlumat yayıb. Xatırladaq ki, cütlüyün artıq 3 övladı var.

Əldə olan məlumata görə, toy mərasimi Yunanıstanın Kosta Navarino kurortunda baş tutub. Şadyanalıq cümə günündən bazara qədər davam edib.

Tədbirdə Lebron Ceyms, Jru Holidey, Kris Middlton, Yunanıstanın baş naziri Kiriakos Mitsotakis, Yunanıstan basketbol yığmasının baş məşqçisi Vassilis Spanulis və Yannisin komanda yoldaşlarından bəzilərinin iştirak etdiyi məlum olub.

İdmançının istəyi ilə toy qapalı keçib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp