“İnşallah “Turan Tovuz”da daha çox oyun keçirmək şansım olar və milli komandaya dəvət alaram”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında “Turan Tovuz”un heyətində 50-ci oyununu keçirən Faiq Hacıyev deyib.
Gənc müdafiəçi yubiley oyununa görə sevinclidir: “Hər bir futbolçu üçün komandasında yubiley oyununu keçirməsi sevindirici haldır. Mövsüm təzə başlasa da, hər oyuna qələbə qazanmaq üçün çıxırıq. Bacardığımız qədər yüksək pillələrdə yer almaq istəyirik”.
Xatırladaq ki, 5 turdan sonra 13 xalla lider olan tovuzlular son turda “Səbail”i 1:0 hesabı ilə məğlub edib.
GÜNAY SÜLEYMANOVA