Bakı şəhər Gənclər və İdman İdarəsi, Azərbaycan Atıcılıq Federasiyasının birgə təşkilatçılığı ilə stend atıcılığı üzrə Bakı birinciliyi keçirilib.

Futbolinfo.az xəbər verir ki, Bakı Atıcılıq Mərkəzində təşkil olunan yarışda fərqli idman klublarını təmsil edən 40-dan çox gənc idmançı stend atıcılığının dairəvi stend, səngər stendi növləri üzrə fərdi və qarışıq komanda yarışlarında mübarizə aparıblar.

Üç gün davam edən turnirdən sonra çempionatda qalib gələn idmançılar medal və diplomlarla təltif olunublar.

Dairəvi stend atıcılığı üzrə qızlar arasında keçirilən yarışın qalibləri:

  1. Daniyella Ulanova
  2. Cəmilə Paşayeva
  3. Minayə Novruzova

Oğlanlar arasında keçirilən yarışın qalibləri:

  1. Məhəmməd Teyyublu
  2. Aslan Qurbanov
  3. Hüseyn Mahmudov

Səngər stendi üzrə qızlar arasında keçirilən yarışın qalibləri:

  1. Aylin Quliyeva
  2. Nərmin Cəfərova
  3. Nərmin Bədəlli

Oğlanlar arasında keçirilən yarışın qalibləri:

  1. Mürtəza Novruzlu
  2. Mirzə Meybullayev
  3. Kamil Mədətov

Dairəvi stend qarışıq komanda yarışının qalibləri:

  1. Daniyella Ulanova
  2. Eldar Əjdərov
  3. Cəmilə Paşayeva
  4. Murad Allahverdiyev
  5. Məhəmməd Teyyublu
  6. Minayə Novruzova

Səngər stendi qarışıq komanda yarışının qalibləri:

  1. Nərmin Bədəlli
  2. Mirzə Meybullayev
  3. Cəlal Məmmədov
  4. Nərmin Cəfərova
  5. Mürtəza Novruzlu
  6. Həqiqət Cəfərova
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp