Azərbaycan millisinin sentyabrın 5-də İsveç yığması ilə Bakıda keçirəcəyi UEFA Milətlər Liqasının I tur matçının hakim təyinatları açıqlanıb.

Futbolinfo.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, sentyabrın 5-dəki görüş macarıstanlı hakimlərə tapşırılıb.

Qarşılaşmanı Balaş Berke idarə edəcək. Ona Vensel Tot və Balaş Szert köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Ksaba Pinter yerinə yetirəcək.

Qeyd edək ki, sentyabrın 5-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp