Azərbaycan millisinin UEFA Millətlər Liqasında keçirəcəyi oyunlarla əlaqədar Misli Premyer Liqasında yaranmış fasilədən istifadə edən “Araz-Naxçıvan” yoxlama görüşü keçirəcək.

Futbolinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “qırmızı-ağlar” sentyabrın 7-də Sumqayıtın eyniadlı komandası ilə qarşılaşacaq.

Matç “Kapital Bank Arena”da baş tutacaq. Oyunun başlama saatı hələ bilinmir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp