Paris-2024 Yay Paralimpiya Oyunları davam edir.


Futbolinfo.az xəbər verir ki, Azərbaycanın paraüzgüçüsü Roman Saley finala yüksələ bilməyib.

O, 50 metr məsafəyə sərbəst üsulla üzməkdə mübarizə aparıb. S12 kateqoriyasında yer alan Saley 24,39 saniyə ilə 9-cu olub. İdmançı ilk “8-liy”ə düşə bilmədiyi üçün finala vəsiqə qazanmayıb.

Saley Rio-2016-nın gümüş, Tokio-2020-nin üçqat qızıl mükafatçısıdır. O, bu Paralimpiadada da gümüş medal qazanıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp