Leandro Trossard Səudiyyə Ərəbistanından sərfəli dəvət alıb. “Əl İttihad” “Arsenal”a belçikalı yarımmüdafiəçini buraxması üçün 35 milyon avroluq təklif göndərib.

Futbolinfo.az xəbər verir ki, londonlular transferə razılıq versə, 29 yaşlı oyunçu şəxsi müqaviləsinin şərtlərini müzakirə edəcək. Ərəblər ona İngiltərədə qazandığının iki mislini ödəməyə hazırdır.

Lakin “topçular”ın baş məşqçisi Mikel Artetanın önəmli oyunçularından birindən vaz keçməsi inandırıcı görünmür. Trossard getməkdə israr etməsə, ispan çalışdırıcı bu təklifi geri çevirəcək.

Ötən lin yanvarında 24 milyon avro qarşılığında “Brayton”dan “Arsenal”a gələn Lendronun mövcud müqaviləsi 2 ildən sonra bitəcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp