“Qarabağ”ın futbolçusu Yassin Benzia Əlcəzair milli komandasına dəvət alıb.

Futbolinfo.az xəbər verir ki, o, baş məşqçi Vladimir Petkoviçin 26 futbolçudan ibarət siyahısına daxil edilib.

Əlcəzair millisi Afrika Millətlər Kubokunun E qrupunda Ekvatorial Qvineya (5 sentyabr) və Liberiya (10 sentyabr) komandalarına qarşı seçmə mərhələ oyunlarını keçirəcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp