Dünyanın dördüncü raketkası, almaniyalı tennisçi Aleksandr Zverev ATP-nin final turnirinə vəsiqə qazanıb.

“İkiqat çempion geri döndü! Turində görüşənədək, Aleksandr Zverev”, – deyə bununla bağlı ATP-nin sosial şəbəkə səhifəsində yazılıb.

Ondan əvvəl italiyalı tennisçi Yannik Sinner kişilər arasında turnirə vəsiqə qazanan ilk oyunçu olmuşdu. Qadınlar arasında isə hələlik polşalı İqa Şvyontek turnirdə iştirakını təmin edib.

Mövsümün finalı noyabrın 10-dan 17-dək Turində keçiriləcək. Aleksandr Zverev 2018-ci ildə finalda Novak Cokoviçə, 2021-ci ildə isə Daniil Medvedevə qalib gələrək çempion olub.

Xatırladaq ki, “US Open”də Aleksandr Zverev 1/4 finala yüksəlib və dünyanın 12-ci raketkasi, amerikalı tennisçi Teylor Fritzlə qarşılaşacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp