Ruud van Nistelroy bukmeker firmalarının fikrincə, “Mançester Yunayted”in baş məşqçi postuna əsas namizəddir.

Erik ten Haqın yerinə 48 yaşlı məşqçinin təyin olunması üçün əmsallar 3,75-ə bərabərdir.

Bukmeker kontorları tərəfindən İngiltərə yığmasının keçmiş baş məşqçisi Qaret Sautqeyt ikinci (5,00),  Tomas Tuxel (8,50) isə üçüncü yerdə qərarlaşıb.

Ten Haqı əvəz etməyə əsas namizədlərin əmsalları:

1. Ruud van Nistelroy – 3,75

2. Qaret Sautqeyt – 5.00

3. Tomas Tuxel – 8.50

4. Kieran Makkenna – 11.00

5. Qrem Potter – 13.00

Ten haq hələ istefaya göndərilməyib. Amma mançesterlilərin uğursuz çıxışı tezliklə bu variantı real edə bilər.

Shares: