AFFA-nın təşkilatçılığı ilə Təhsil və Reabilitasiya Mərkəzində UEFA B kateqoriyalı fitnes məşqçilik kursunun 1-ci mərhələsi başlayıb.
Futbolinfo.az xəbər verir ki, sentyabrın 4-dək davam edəcək məşğələlərə AFFA Təhsil Proqramının rəhbəri Aslan Kərimov və UEFA təlimatçısı Fritz Schmid rəhbərlik edirlər.
Kursun açılışında AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev də iştirak edib.