Səudiyyə Ərəbistanının “Əl Nəsr” klubu Almaniya Bundesliqasında çıxış edən futbolçunu transfer edib.

Futbolinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, asiyalılar “Leypsiq”dən Mohamed Simakanla anlaşıb.

24 yaşlı fransalı müdafiəçinin bu keçidi “Əl Nəsr”ə 45 milyon avroya başa gəlib.

Portuqaliyalı ulduz futbolçu Kriştianu Ronaldonun da heyətində yer aldığı “Əl Nəsr” Səudiyyə Ərəbistanı Pro Liqasında beşinci sırada qərarlaşıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp