“Qarabağ”ın ukraynalı futbolçu Aleksey Kaşukla müqaviləsinin detalları müəyyənləşib.

Futbolinfo.az saytının məlumatına görə, 24 yaşlı vingerlə uzunmüddətli sözləşmə imzalanıb. Belə ki, “Sabah”ın sabiq oyunçusu Azərbaycan çempionu ilə 3 illik sazişə qol çəkib. O, yay fasiləsində son klubu Donetsk “Şaxtyor”undan ayrıldığından, ağdamlılara azad agent kimi keçib.

Qeyd edək ki, Aleksey Kaşuk 2022-ci ilin martından 2023-cü ilin yayına qədər “Sabah”ın şərəfini qoruyub. Ağdamlılar tezliklə onun keçidini rəsmən açıqlayacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp