Slovakiya millisinin futbolçusu Lukaş Haraslin UEFA Millətlər Liqasının qrup mərhələsindəki şanslarını dəyərləndirib.

Futbolinfo.az yerli mətbuata istinadən xəbər verir ki, 28 yaşlı hücumçu yer aldıqları C liqasının 1-ci qrupunda liderliyi hədəflədiklərini bildirib.

Haraslin Estoniya və Azərbaycan millilərinə qarşı keçiriləcək matçlara toxunub: “7 gün ərzində iki oyunumuz olacaq. Estoniya və Azərbaycanla matçlar bizim üçün olduqca vacibdir. Yüksəlişimizi davam etdirməli, təkmilləşməli və əvvəlki əzəməti qaytarmalıyıq. Bizi klub yarışlarından fərqli mübarizə gözləyir. Yaxşı oynamaq və qələbələr qazanmaq istəyirik. Azərbaycanla oynamaq təcrübəmiz var. Estoniya isə bizim də məğlub etmək istədiyimiz rəqibdir”.

Qeyd edək ki, sentyabrın 5-də Estoniyanın qonağı olacaq Slovakiya yığması üç gün sonra Koşitsedə Azərbaycan millisini qəbul edəcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp