Slovakiya yığmasının yarımmüdafiəçisi Stanislav Lobotka UEFA Millətlər Liqasında yeni mövsümün startı ərəfəsində fikirlərini bölüşüb.

Futbolinfo.az xəbər verir ki, 29 yaşlı futbolçu C liqasında Azərbaycan millisi ilə birgə yer aldıqları 1-ci qrupda özlərini favorit hesab edir.

“Napoli”nin oyunçusu Almaniyada keçirilən Avropa çempionatındakı uğurlu çıxışın davamını arzuladıqlarını söyləyib: “Milliyə qoşulmağı həmişə xoşlayıram. Biz böyük komandayıq. Avropa çempionatında əla iş gördük və özümüzü çox yaxşı təqdim etdik. Uğurlu çıxışı indi Millətlər Liqasında davam etdirmək lazımdır. Avropa çempionatında istənilən rəqibə qarşı oynaya biləcəyimizi göstərdik. Asan olmayacağını bilsək də, Millətlər Liqasında qrup birinciliyini hədəfləyəcəyik. Bu yolda isə Estoniya, Azərbaycan və İsveçi qabaqlamalıyıq”.

Qeyd edək ki, sentyabrın 5-də Estoniyanın qonağı olacaq Slovakiya yığması üç gün sonra Koşitsedə Azərbaycan millisini qəbul edəcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp