“Qalatasaray” sürpriz transferini reallaşdırmaq üzrədir. “Napoli”nin A Seriyası üçün sifariş etmədyi Viktor Osimhen İstanbuldadır.

Futbolinfo.az xəbər verir ki, aylardır bir neçə qitə nəhənginin ala bilmədiyi nigeriyalı qərarını verib. Son olaraq PSJ, “Çelsi” və “Əl Əhli”nin İtaliya klubundan ala bilmədiyi hücumçu Türkiyəyə gəlib. O, qarşıdakı mövsümü icarə əsasında “Qalatasaray”da keçirəcək.

Dünən gecə İstanbula uçan afrikalı forvard “Napoli” ilə müqaviləsini 2027-ci ilin yayınadək uzadandan və anlaşmadakı sərbəstqalma bəndini 75 milyon avroya endirəndən (əvvəl 130 milyon idi) sonra bu keçid reallaşıb. İtaliya klubu heyətində görmək istəmədiyi ərköyün hücumçunu gələn yay satmaqda qərarlıdır.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp