“Qarabağ”ın Avropa Liqasında rəqibi olan “Ayaks” əsas ulduzlarından birini itirə bilər. Ağdamlılarla Bakıda oynayacaq amsterdamlılar Steven Berqveyni satmaq üzrədir.

Futbolinfo.az xəbər verir ki, hücumçu tezliklə “Əl İttihad”a satılacaq. Həm oyunçu, həm də Niderland klubu Səudiyyə Ərəbistanı təmsilçisi ilə razılıq əldə edib. Keçidin son detalları həll edilən kimi transfer açıqlanacaq.

26 yaşlı oyunçunun hansı məbləğə satıldığı hələlik açıqlanmır.

PSV yetirməsi 2020-ci ilin əvvəlində 30 milyon avroya “Tottenhem”ə satılmışdı. Londonda çətinliklər yaşayan oyunçunu 2022-nin yayında “Ayaks” 31,2 milyon avro ödəyərək Niderlanda qaytarmış, 5 illik müqavilə bağlanmışdı.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp