Memfis Depay 3 klubun maraq dairəsindədir. Hazırda azad agent olan Niderland millisinin hücumçusu İspaniyada “Sevilya” və “Rayo Valekano”nun hədəfindədir. Onunla həmçinin Braziliya “Flamenqo”su maraqlanır.

Futbolinfo.az xəbər verir ki, 30 yaşlı Qana əsilli forvarda Səudiyyə Ərəbistanından da təklif var. Ancaq Depay Avropada qalmaqda qərarlıdır. Futbolçu bu həftə son seçimini etməlidir.

PSV, “Mançester Yunayted”, Lion “Olimpik”i, “Barselona” kimi klubarda oynamış Depay, son olaraq çıxış etdiyi “Atletiko”dan bu yay azad agent kimi ayrılıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp