“Əl İttihad” bu mövsüm Səudiyyə Ərəbistanı çempionu olmaq üçün önəmli işlər görür. Klub heyətini gücləndirmək üçün kisənin ağzını açıb.

Futbolinfo.az xəbər verir ki, ərəblərin danışıq apardığı çoxsaylı ulduzlardan biri də Qalenodur. “Əl İttihad” 26 yaşlı vinger üçün “Portu”ya 45 milyon avro təklif edib. Anlaşma reallaşsa, Portuqaliya nəhənginin 5 milyonluq bonusa yiyələnmək imkanı da olacaq.

“Portu” ilə 2028-ci ilin yayınadək müqaviləsi olan braziliyalı, klubun verəcəyi qərarı gözləyir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp