“US Open”də ¼ finalın daha 4 iştirakçısı müəyyənləşib. Baş tutan oyunların yalnız birində 4 set olub. Qalan görüşlər intriqasız yekunlaşıb.

Çempionluğa əsas namizəd olan Yannik Sinner yerli tennisçi Tommi Polu məğlubiyyətə uğradıb. Daha bir favorit Daniil Medvedev də rahat qələbə qazanıb – o, portuqaliyalı Borjeşi üstələyib. Britaniyalı Cek Dreyper isə Tomaş Maxaça qalib gəlməklə ¼ finala adlayıb.

Yeganə 4 setlik oyunda Aleks Di Minor Cordan Tompsonu məğlubiyyətə uğradıb.

Qadınların reytinqində birinci olan İqa Şvyontek Samsonova üzrəində qələbə qazanıb – 6:4, 6:1.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp