“Red Bull” komandasının pilotu Maks Ferstappenin fikrincə, komanda Bakıda keçiriləcək Azərbaycan qran-prisi öncəsi bolidi tam dəyişdirməlidir. Xatırladaq ki, Ferstappen İtaliya yarışında 6-cı olmuşdu.

“Düzünü desəm, yarış boyu çox üzülmədim. Bəli, temp yox idi, amma biz də pis pit-stop keçirdik. Hesab edirəm ki, strategiyamız uğursuz oldu. İstənilən halda, bu, bizim mövqeyimizi dəyişməzdi.

Düşünürəm ki, ümumilikdə daha yaxşı yarış keçirə bilərdik. İndi vəziyyət çox pisdir. Bakıya qədər bütün avtomobili əsaslı şəkildə dəyişmək lazımdır”, – deyə üçqat dünya çempionu qeyd edib.

Azərbaycan qran-prisi sentyabrın 13-dən 15-dək baş tutacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp