Avroliqa investisiya cəlb etmək üçün minoritar pay satmağa hazırdır. “Eurohoops”un məlumatına görə, təşkilat alışda maraqlı olan tərəflər üçün təqdimat keçirib.

İclasda şirkətin 300-400 milyon avro dəyərində qiymətləndirilən səhmlərinin 30-40 faizini əldə etmək istəyən özəl şirkətlərin iştirak etdiyi bildirilir.

Xatırladaq ki, liqa 13 əsas aksioner klubun icazəsi olmadan satıla bilməz. Bu klublar “Real”, “Barselona”, “Baskoniya”, “Panatinaikos”, “Olimpiakos”, “Fənərbağça”, “Anadolu Efes”, “Milan”, “Makkabi”, ASVEL, “Bayern”, “Jalgiris” və Moskvanın CSKA klubudur.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp