ABŞ-nin “İnter Mayami” klubunun uruqvaylı futbolçusu və hücumçusu Luis Suares millidəki karyerasını başa vurduğunu açıqlayıb.


Futbolinfo.az bu barədə AFP agentliyinə istinadən xəbər verir.

“Cümə günü, sentyabrın 6-da ölkəmin milli komandasında son oyunum baş tutacaq”.


Suaresin 37 yaşı var. O, Uruqvay millisində 137 oyun keçirib ki, bu da millinin tarixində ikincidir (Ən çox oyunu Dieqo Qodin keçirib – 161). Suares millinin heyətində 68 qol vurub və 39 məhsuldar ötürmə edib. 2011-ci ildə Uruqvay yığmasının tərkibində Amerika kubokunun qalibi olub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp