Belarusun “Dinamo” klubunun UEFA Konfrans Liqasının Liqa mərhələsində ev oyunlarını Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirəcəyini xəbər vermişdik. Maraqlıdır, “Sumqayıt” təşkilatı məsələlərdə nominal ev sahiblərinə yardım edəcəkmi?

Futbolifo.az saytının sualını “gənclik şəhəri” təmsilçisinin mətbuat xidmətinin rəhbəri Zaur Xudiyev cavabladı: “Bütün hazırlıqları “Dinamo” və UEFA birlikdə görəcək. Bizim oyunların keçirilməsində heç bir rolumuz yoxdur. Sadəcə, stadionu icarəyə verəcəyik. Klub olaraq heç bir məsələlərə qarışmayacağıq. Reklam banerlərindən tutmuş, təşkilatçılıq və akkertasiyalara qədər hər birini minsklilər özü görəcək”.

Qeyd edək ki, Minsk təmsilçisi Şotlandiyanın “Harts”, Danimarkanın “Kopenhagen” və Şimali İrlandiyanın “Larne” kollektivlərini Sumqayıtda qəbul edəcək. Azarkeşsiz baş tutacaq görüşlər müvafiq olaraq oktyabrın 3-də, noyabrın 28-də və dekabrın 12-də keçiriləcək.

GÜNAY SÜLEYMANOVA

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp