21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində Lüksemburqla keçirəcəyi səfər oyununun hakimləri müəyyənləşib.

Futbolinfo.az xəbər verir ki, UEFA “Emile Mayrisch” stadionunda təşkil olunacaq görüşə İsveçrədən olan referiləri təyin edib.

Qarşılaşmanı Desiree Qrundbaxer idarə edəcək. Ona Mattias Sbrissa və Gillaume Maire köməklik göstərəcəklər. Anojen Kanaqasinqam isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, sentyabrın 6-da Eş-syur Alzett şəhərində baş tutacaq görüş Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp