“İnanırıq ki hər kəs bizimlə birlikdə olacaq və “Kəpəz”i layiq olduğu yerlərə qaldıracağıq”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında “Kəpəz”ə analtik məşqçi təyin olunan Rakif Əliyev deyib.

O, Azər Bağırovun öhdəsindən layiqincə gələcəyini düşünür: “Azər Bağırov uzun illər tanıdığım bir mütəxəsisdir. “Kəpəz”ə təyinatı günü mənə zəng etdi, onunla işləyib-işləmək istəmədiymi soruşdu. Heç fikirləşmədən “hə” dedim”. Çünki ortada Azərbaycan futbolunun köklü klubunun adı çəkilir və təklif edən məşqçinin də savadına bələdəm. Ona görə də “yox” deyə bilməzdim. Bağırovun həmişə işlədiyi komandaları bir yerdən qat-qat üst səviyyəyə çıxardığını bilirəm. Çox əminəm ki, bu işin öhdəsindən də layiqincə gələcək. Bu işdə bizə ən əsası azarkeşlərimizin güvənməsi lazımdır. “Kəpəz”i layiq olduğu yerlərə qaldıracağıq”.

Ötən mövsümün sonunda “Qəbələ”nin əsas komandasında analitik məşqçi postundan ayrılan Rakif Əliyev “Kəpəz”də durumun fərqli olduğunu bildirdi: “Sözsüz, “Qəbələ” də Premyer Liqaya layiq komanda idi. Sadəcə, mən “Qəbələ”yə təyinat alanda 4-cü dövrə gedirdi. Komanda sonuncu pillədə olduğu üçün psixoloji durum yaxşı deyildi. “Kəpəz”də isə durum fərqlidir. Hələ 5 tur keçib, irəlidə çox oyunlarımız var”.

GÜNAY SÜLEYMANOVA

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp