MHL-də son günün əsas xəbəri Leon Drayzaytlın Edmonton klubu ilə yeni müqavilə imzalamasıdır. Yeni sövdələşməyə əsasən, hokkeyçi hər bir mövsümü 14 milyon olan 8 illik müqaviləyə qol çəkib.

Müqavilə bir ildən sonra – 2025/26 müntəzəm mövsümündən başlayır. 2024/25 mövsümündə alman hokkeyçi köhnə 8 illik müqavilə əsasında oynayacaq. Əvvəlki razılaşmaya əsasən onun maaşı 8,5 milyondur.

Drayzaitlın 29 yaşı tamam olacaq. Yeni müqavilənin bitdiyi ildə onun 38 yaşı olacaq.

Yeni sövdələşmə Torontodan olan Metyusun 13,25 milyonluq müqaviləsini keçərək liqada ən böyük məbləğdir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp