400 metr məsafəyə qaçışda 2020-ci il olimpiya çempionu və son Olimpiadanın gümüş mükafatçısı Karsten Varxolm İsveçrədə keçirilən “Brilyant Liqa” mərhələsində İsveç forması geyinib. Ardınca isə zədəsini əsas gətirərək yarışdan imtina edib.

Xatırladaq ki, Varxolmun İsveç forması geyinməsinin səbəbi Armand Düplantisə mərcdə uduzmasıdır. Bir gün əvvəl keçirilən 100 metr məsafəyə qaçışda isveçli idmançı Varxolmu qabaqlamışdı.

Qeyd edək ki, Düplantis şüvüllə tullanmada ikiqat olimpiya çempionu və dünya rekordunun müəllifidir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp