Zərdab rayonunda gənclər və idman sektorunun təşkilatçılığı ilə sərbəst güləş üzrə rayon birinciliyi keçirilib.

Futbolinfo.az xəbər verir ki, yarışda ümumilikdə 40-dək yeniyetmə və gənc idmançı qalib adı uğrunda mübarizə aparıb. Müxtəlif çəki dərəcələrində Mehralızadə Məcid, Həmidov Tunar, Dəmirli Turab, Əli Azər, İsmayılzadə Roman, Musalı Bilal, Zeynalov Əli, Hüseynov Nurlan rəqiblərinə qalib gələrək fəxri kürsünün ilk pilləsində qərar tutublar.

Qaliblər Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsi tərəfindən təsis edilən diplomlarla təltif ediliblər. Onlar həmçinin Azərbaycan çempionatında iştirak etmək hüququ qazanıblar.

BƏHRUZ MUSAYEV, ZƏRDAB

41e3adfa 87f7 4216 9157 29ad33627467 - Futbolinfo.az
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp