“Neftçi”nin qadınlardan ibarət komandası bu gün UEFA Çempionlar Liqasının I mərhələsində növbəti oyununa çıxacaq.

Futbolinfo.az xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv Gürcüstanın “Lançxuti” klubu ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.

“Ağ-qaralar” ilk matçında Avstriya təmsilçisi “Sankt-Pölten”ə uduzub – 0:5.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp