Slovakiya millisinin qapıçısı Martin Dubravka UEFA Millətlər Liqasında Azərbaycan qalib gəldikləri görüşü şərh edib.

O, 2:0 hesabıyla bitən matçla bağlı bunları deyib: “Bu oyunda düzgün anı gözləmək vacib idi. Şadam ki, uşaqlara kömək edə bildim və qələbə qazandıq. Stadionda möhtəşəm atmosfer var idi. Oyunu idarə etdik və istəyimizə çatdıq. Bunun davamını gətirəcəyimizə inanıram”.

Xatırladaq ki, 2 oyundan sonra 6 xal toplayan slovaklar qrupda 2-ci pillədədir. Onlar İsveçdən yalnız top fərqində geri qalır.

Shares: