İki gün əvvəl “Qarabağ”dan ayrılan Hamidu Keytanın yeni klubu dəqiqləşib. Gözlənildiyi kimi, fransalı hücumçunun Türkiyə təmsilçisi “Konyaspor”a keçidi rəsmiləşib.

Futbolinfo.az xəbər verir ki, Superliqa komandası 29 yaşlı ön xətt oyunçusu ilə 2 illik müqavilə imzalandığını açıqlayıb. Konya klubunun futbol şöbə müdiri Yusuf Küçükbakırcı keçidə münasibət bildirib: “Keyta qardaş ölkə Azərbaycanın “Qarabağ” klubundan bizə qoşuldu. O, klubunda oynayırdı və tam hazırdır. Üstəlik, fərqli mədəniyyətə də gəlməyib. Dərhal uyğunlaşacağına və komandamıza xeyir verəcəyinə inanırıq”.

Qeyd edək ki, Hamidu Keyta “Qarabağ”a ötən ilin yayında “Zirə”dən keçmişdi.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp