Polşanın “Unia Osvensim” klubu Almaniyanın “Eisbaren Berlin” komandası ilə hokkey üzrə Avropa Çempionlar Liqasının oyunu zamanı antifaşist bannerinə görə 2000 avro cərimələnib.
Matç başlamazdan əvvəl ev sahibi azarkeşləri “Alman ölüm düşərgələri: Ən böyük cinayətinizin şəhərinə xoş gəlmisiniz” pankartı asıblar.
“Sentyabrın 7-də keçirilən oyunda baş vermiş hadisələrlə əlaqədar “Unia Osvensim” hokkey klubunun idarə heyəti və Auşvitz İdman Cəmiyyəti yarışların siyasi baxışların və ya tarixi faktların təqdimatı üçün uyğun yer olmadığını bəyan edir. Klub 2000 avro məbləğində cəriməni öz vəsaiti hesabına ödəyəcək”, – deyə Polşa komandasının mətbuat xidmətinin bəyanatında deyilir.
“Unia Osvensim” klubunun oyunçuları və heyəti bu pankarta görə alman komandasından üzr istəyib.