Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların sentyabr ayı üçün reytinqini açıqlayıb.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ”da geriləmə müşahidə edilib. Ağdam təmsilçisi 34-cü pillədən 52-ci yerə qədər geriləyib. Qurban Qurbanovun kollektivinin aktivində 182,75 xal var.
Digər klublarımızdan “Zirə” (91,25) 211-ci, “Sabah” (59) 428-ci, “Neftçi” (53,5) isə 482-ci sıradadır.
Ümumilikdə 502 klubun yer aldığı cədvələ İspaniya təmsilçisi “Real” (403 xal) başçılıq edir.