Svetislav Peşiç Serbiya millisinin baş məşqçisi postunu tərk edəcək. Bu barədə “Sportklub” televiziyası öz mənbələrinə istinadən xəbər verib. Mütəxəssis 2021-ci ildən milli komandanın baş məşqçisidir.
Xatırladaq ki, Serbiya millisi 2024-cü ildə Parisdə keçirilən Yay Olimpiya oyunlarında yarımfinala yüksəlib. Həmin mərhələdə serblər gərgin mübarizədə turnirin qalibi ABŞ komandasına uduzub (91:95). Üçüncü yer uğrunda görüşdə serblər Almaniya yığmasını 93:83 hesabı ilə məğlub ediblər.