Uelsdə qəribə hadisə baş verib. 31 yaşlı Cordan Evansın həyatı 20 dəqiqə içində dəyişib.
Futbolinfo.az xəbər verir ki, aşağı divizion komandalarının birində çıxış edən hücumçu 1:3 hesabı ilə uduzan komandasını xilas edib. Oyuna sonradan girən Cordan qol vurub, məhsuldar ötürmə edib. Beləcə komandası qələbə qazanıb.
Lakin oyuna girdikdən 20 dəqiqə sonra polislər onu elə meydandaca həbs edib. Sən demə, Evans oğurluq hadisəsi ilə bağlı baş şübhəli imiş.