“Real” Andrey Luninlə yeni müqavilə bağlayacaq. Bir ay öncə Madriddən ayrılmaq barədə düşünən qapıçı indi qalmaq barədə qərar verib.

Futbolinfo.az xəbər verir ki, ötən mövsüm zədəli Tibo Kurtuanı uğurla əvəzləyən ukraynalı qolkiper ümidləri doğruldub. İspaniya nəhəngi Kepa Arrissabalaqanı da kölgəyə atan Lunini bu səbəbdən heyətdə saxlamağa, gələcəkdə ona əsas heyətdə güvənməyə qərar verib.

Tərəflər yeni müqavilənin 2028-ci ilin yayınadək uzadılmasına razılaşıb. Andreyin indiki anlaşması mövsümün sonunda bitəcəkdi.

Lunin 2018-ci ildə Luqansk “Zarya”sından 8,5 milyon avroya transfer edlib. Bu müddətdə 3 dəfə müxtəlif klublarda icarədə olan 25 yaşlı ukraynalı son 4 ildə əsas heyət üçün mübarizə aparır.

Shares: