AFFA-nın Oyun Əməliyyatları şöbəsinin rəisi Emin Cəfərov UEFA tərəfindən təyinat alıb.

Futbolinfo.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, UEFA Gənclər Liqasının Çempionlar yolunun I mərhələsində keçiriləcək “Jalgiris” (Litva) – TNS (Uels) oyununun UEFA nümayəndəsi olacaq.

Vilnüs şəhərində yerləşən LFF stadionunda təşkil olunacaq görüş sentyabrın 18-də baş tutacaq.
“Jalgiris” – TNS matçını qazaxıstanlı baş hakim Rustam Omarov idarə edəcək.

Shares: