Azərbaycanın I Liqa klubu “İmişli”nin futbolçusu Gilyerme Souza Kosovoya köçüb.

Futbolinfo.az xəbər verir ki, braziliyalı mərkəz müdafiəçisi Superliqa təmsilçisi “Ferizaj”la anlaşıb.

Bu keçidi Kosovo klubu rəsmi sayt vasitəsilə açıqlayıb. Bildirilib ki, 23 yaşlı oyunçu baş məşqçinin tələbi əsasında heyətə cəlb olunub. “Korintians”ın yetirməsi olan Souza Braziliyada “Fluminense” və Portuqaliyada “Jil Visente”də oynayıb.

Qeyd edək ki, Gilyerme Soua ötən mövsüm “İmişli”nin formasını geyinib.

Shares: