İngiltərə Premyer Liqasında avqust ayının ən yaxşı futbolçusu məlum olub.
Futbolinfo.az xəbər verir ki, “Mançester Siti”nin hücumçusu Erlinq Haland yeni mövsümün ilk ayının ən yaxşısı seçilib.
Bu barədə Premyer Liqanın mətbuat xidməti məlumat yayıb.
24 yaşlı norveçli forvard İngiltərə çempionatında avqust ayında keçirdiyi 3 oyunda 7 qol vurub.