Ağcabədidə kikboksinq üzrə rayon turniri keçirilib.

Yarış Qarabağ Regional Gənclər və İdman İdarəsinin Ağcabədi rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə 1 saylı şəhər tam orta məktəbin idman zalında uşaq, yeniyetmə və gənclər arasında reallaşıb.

Rayon turnirində 35 idmançı müxtəlif çəki dərəcələrində güclərini sınayıb. Kinkboksinqin “wako” versiyası üzrə baş tutan birincilik iki gün davam edib.

Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən turnirin yekununda ayrı-ayrı çəki dərəcələrində I, II, III yerləri tutan idmançılara təşkilatçılar tərəfindən diplomlar təqdim olunub.

0705a386 037b 4764 aabf ceebca32cfdd - Futbolinfo.az
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp