“Milan” Mayk Menyanla yeni müqavilə bağlamağa hazırlaşır. İtaliya klubu fransalı qapıçı ilə razılığa gəlmək üzrədir.
Futbolinfo.az xəbər verir ki, dünən klub rəhbərliyi fransalı qolkiperin nümayəndəsi ilə növbəti görüşü keçirib. Tərəflər Menyanın maaşının illik 5 milyon avroya yüksəldilməsi barədə razılığa gəlib. Yalnız mükafatlar və əlavə bonuslarla bağlı yekun qərar verilməyib.
29 yaşlı qapıçı 2021-ci ildən “Milan”dadır. “Lill”dən 16,4 milyon avroya transfer edilən əlcək sahibinin hazırkı müqaviləsinin müddəti 2026-cı lin yayında bitəcək. Tərəflər onu daha 2 il uzatmaq niyyətindədir.